BAKI, 23 noyabr. TELEQRAF
“Bu gün TRIPP (“Tramp marşrutu”) layihəsinə start verilib”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bu münasibətlə müraciətində deyib.
“Bununla fəxr edirəm. Cəsarətli liderliyinə görə dostum, Baş nazir Nikol Paşinyanı təbrik etmək istəyirəm. O, sülh yolunu seçdi”, - Amerika lideri bildirib.
Donald Tramp Nikol Paşinyanı ABŞ-yə dəvət edib: “Baş nazir Paşinyanı gələn il Vaşinqtona gələndə Ağ Evə dəvət etmək istərdim. O, qeyri-adi insandır və çox yaxşı dostdur. Birlikdə regional sülhün effektiv şəkildə irəli aparılması və əlaqələrimizin inkişaf etdirilməsi yollarını müzakirə edə bilərik”.