BAKI, 3 sentyabr. TELEQRAF
“Ermənistanın Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi Moskvaya deyil, İrəvana qarşı addım olardı”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Əgər Ermənistan viza tətbiq etsə, onu bizə yox, öz vətəndaşlarına qarşı tətbiq etmiş olacaq”, - diplomat bildirib.
Mariya Zaxarova bu qərarın Ermənistanda çoxsaylı qohumları yaşayan Rusiya vətəndaşlarına da təsir edəcəyini vurğulayıb.