BAKI, 9 noyabr. TELEQRAF

Qarabağda qazanılan tarixi zəfər qardaş Azərbaycanın haqlı mübarizəsinin, sarsılmaz iradəsinin və Vətən sevgisinin bütün dünyaya bəyanıdır.

Bunu Teleqraf-a açıqlamasında Şimali Kipr Türk Cümuriyyəti (ŞKTC) Nazirlər Kabinetinin Kommunikasiya üzrə rəhbəri Özdemir Tokel deyib.

"Bu qələbə bütün Türk dünyasının ortaq qürurudur. Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin eyni tarixin, eyni mədəniyyətin və eyni böyük millətin ayrılmaz parçasıdır. Şimali Kipr türk xalqı olaraq qardaş Azərbaycanın sevincini sevincimiz, zəfərini zəfərimiz hesab edirik. Birliyimiz daim, qardaşlığımız əbədi olsun”.

Ö. Tokel rəhbəri olduğu Bayraq Radio Televiziya Qurumunun (BRTK) xalqlar arasında mənəvi bağların gücləndirilməsini, ortaq dəyərlərin və haqlı mübarizələrin dünyaya çatdırılmasını mühüm məsuliyyət hesab etdiyini bildirib.