NAXÇIVAN, 9 noyabr. TELEQRAF

Naxçıvan şəhərində zəncirvarı qəza olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

Qəza zamanı "Mercedes", "Nissan" və "Lifan" markalı avtomobillər toqquşub.

Nəticədə 1998-ci il təvəllüdlü Məmmədov Razim Cavad oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.