BAKI, 9 noyabr. TELEQRAF

Ermənistan 2026-cı il parlament seçkilərindən əvvəl Rusiya tərəfindən göndərilən qazla bağlı məktuba cavab verib.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan jurnalistlərə açıqlamasında bildirib.

Nazir məsələnin təfərrüatlarını açıqlamaq istəməyib və istehlakçılar üçün qazın qiymətinin dəyişmədiyini qeyd edib.