BAKI, 19 avqust. TELEQRAF
Ermənistan müdafiə naziri Suren Papikyan hərbi hissələrə gözlənilməz yoxlama səfərləri edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfərlərdə məqsəd gündəlik təlim-tədris cədvəlinin yoxlanılmasından tutmuş xidmətin təşkilinə qədər bütün məsələləri diqqət mərkəzində saxlamaq olub.