BAKI, 20 noyabr. TELEQRAF

Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Rusiya ilə mövcud fikir ayrılıqlarının birbaşa danışıqlar yolu ilə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, bu barədə Maka Boçorişvili noyabrın 19-da uzun fasilədən sonra Minskdə Gürcüstan və Rusiya nümayəndələrinin keçirdiyi görüşü şərh edərkən səsləndirib.

Nazir deyib ki, Tbilisi Moskva ilə fikir ayrılıqlarını birbaşa dialoq olmadan həll edə bilməz.

O, tərəflər arasında çətin məsələlərin açıq şəkildə müzakirə edilməsinin vacibliyini qeyd edib.