BAKI, 20 noyabr. TELEQRAF

“Baş nazir Nikol Paşinyanın təhqiramiz ifadələrlə müşayiət olunan çıxışı ilə bağlı Ermənistan Jurnalistlər İttifaqının bəyanatını böyük məmnuniyyətlə oxudum”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

“Ümid edirəm, ölkəmizdə baş verənləri izləyən beynəlxalq hüquq müdafiə təşkilatları bu bəyanata lazımi qiymət verəcək və Paşinyanın Ermənistanın üzərinə götürdüyü demokratik öhdəlikləri pozan davranışına göz yummayacaqlar”, - o əlavə edib.