BAKI, 19 noyabr. TELEQRAF

Rusiya xarici işlər nazirinin müavini Qaluzin Minskdə Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qaluzin və Zurabaşvili ölkələr arasında münasibətləri inkişaf etdirmək üçün əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Rusiya XİN həmçinin qeyd edib ki, Rusiya və Gürcüstan birbaşa dialoqu bərpa edib.