BAKI, 20 noyabr. TELEQRAF
Samvel Mkrtçyan Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.
Xatırladaq ki, əvvəllər bu vəzifəni Qurgen Arsenyan tutub.
Qurgen Arsenyan 2024-cü il avqustun 14-də Ermənistanın Rusiyadakı səfiri təyin edilib.