BAKI, 19 noyabr. TELEQRAF
Ermənistan hökumətinin 2026-2031-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında qərar verilib.
Fəaliyyət Planına daxili məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün möhkəmləndirilməsi, TRIPP layihəsinin icrası və Ermənistan vətəndaşları üçün Avropa İttifaqına səyahət vizalarının liberallaşdırılması kimi məsələlər də daxildi.
Hökumətin iclasına Baş nazir Nikol Paşinyan sədrlik edib.