BAKI, 19 noyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan dekabrda ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitində iştirak edəcək.
Teleqraf xəbər verir ki, baş nazir bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Paşinyan qeyd edib ki, belə bir dəvət almaq böyük şərəfdir: “Bəli, mən də iştirak edəcəyəm”.
14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək sammitə Azərbaycan, Finlandiya, İrlandiya, Qazaxıstan, Niderland, Norveç, Qətər, Sinqapur, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam liderləri də dəvət alıb.