BAKI, 19 noyabr. TELEQRAF

ABŞ-nin AECOM şirkəti TRIPP layihəsinin texniki-iqtisadi əsaslandırılmasının ilkin nəticələrini Ermənistan baş nazirinin müavini Mqer Qriqoryana və müvafiq dövlət qurumlarının nümayəndələrinə təqdim edib.

Teleqraf xəbər verir ki, görüşdə dəmir yolu infrastrukturu, eləcə də enerji, avtomobil yolları və rəqəmsal kommunikasiya xətlərinin funksionallığına dair ilkin təhlillər müzakirə olunub.

Həmçinin texniki-iqtisadi əsaslandırma işlərinin növbəti mərhələlərinin həyata keçirilməsi ilə bağlı bir sıra təşkilati məsələlər nəzərdən keçirilib və planlaşdırılıb.