BAKI, 11 iyun. TELEQRAF

"Rosselxoznadzor" Ermənistanın fitosanitar sertifikatlaşdırma sisteminə etimadın olmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, qurumun rəsmi məlumatında Ermənistanın karantin və bitki mühafizəsi xidmətinin fəaliyyətinin qeyri-effektiv olduğu vurğulanıb.

Qeyd edilib ki, Ermənistan tərəfindən həyata keçirilən nəzarətin kifayət qədər olmaması Rusiya və Avrasiya İqtisadi İttifaqının (Aİİ) fitosanitar təhlükəsizliyini ciddi təhlükə altına qoyur.