BAKI, 11 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan müvafiq dəvət daxil olacağı təqdirdə Moskvaya səfər edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə hökumət başçısı jurnalistlərə açıqlamasında bildirib.
"Belə bir qarşılıqlı anlaşma var, amma səfər üçün rəsmi dəvət lazımdır. Əgər dəvət gələrsə, gedəcəm, qətiyyən rədd etməyəcəm", - Paşinyan bildirib.
Baş nazir Rusiya Prezidenti Vladimir Putinin onu parlament seçkilərindəki qələbəsi münasibətilə hələ də təbrik etməməsi ilə bağlı sualı cavablandırarkən qeyd edib: "Ümid edək ki, təbrik edəcək".
Xatırladaq ki, Nikol Paşinyan seçki kampaniyası zamanı seçkilərdən sonra Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcəyini açıqlamışdı.