BAKI, 6 may. TELEQRAF
“Robert Köçəryanın siyasi mübarizəsi 2018-ci ildə - Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra başa çatıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Onun ətrafında hansı siyasi konyunkturanı yaratmaq istəyirsiniz? Siz artıq Robert Köçəryanı tamamilə dəyişmisiniz, onu bloqerə çevirmisiniz. İstisna etmirəm ki, bir gün o, parlamentdə görünmək və siyasi təsir əldə etmək üçün hər şeyi edə, hətta efirdə eşşək kimi anqıra da bilər”, - spiker vurğulayıb.