BAKI, 4 may. TELEQRAF
Belarus prezidentliyinə keçmiş namizəd, müxalifət lideri Svetlana Tixanovskaya Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi Ermənistana gəlib.
Teleqraf xəbər verir ki, bu barədə o, Teleqram kanalında bildirib.
Tixanovskaya tədbirdə Belarus nümayəndəsi kimi iştirak etdiyini deyib.
Müxalif siyasətçi qeyd edib ki, təhlükəsizlik səbəblərinə görə səfəri ilə bağlı məlumat əvvəlcədən açıqlanmayıb.
“Bizim vəzifəmiz Belarusu diqqət mərkəzində saxlamaqdır. Buna görə də mən bu gün buradayam”, - Tixanovskaya vurğulayıb.