BAKI, 5 noyabr. TELEQRAF
Türkiyənin Afyonkarahisar vilayətinin İshaniye rayonunun üç fərqli bölgəsində silahlı hücum nəticəsində ümumilikdə 8 nəfər ölüb.
Teleqraf xəbər verir ki, Ayazini kəndi ərazisində 3, Kıyır kəndi ərazisində isə 2 cəsəd aşkarlanıb. Vilayətin başqa səmtində daha iki nəfərin güllələnmiş meyiti tapılıb.
Həmçinin ağır yaralanan 2 nəfərdən birinin xəstəxanada öldüyü bildirilir.
İlkin məlumata görə, hadisəni törədən şübhəlilər Kütahya şəhəri istiqamətinə qaçıblar. Onların axtarışı davam etdirilir.