BAKI, 28 aprel. TELEQRAF

Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan iyunun 7-də keçiriləcək parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” Partiyası və ya Baş nazir Nikol Paşinyanı dəstəkləməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə o, yerli mediaya bildirib.

Seçkilərdə iştirak edən siyasi qüvvələrdən hansısa birini dəstəkləyib-dəstəkləməyəcəyi sualına keçmiş nazir müsbət cavab verərək əlavə edib ki, hakim partiyadan danışmır.

Tonoyan cinayət işi olmasaydı, özünün siyasi proseslərdə iştirak edəcəyini istisna etməyib.

Xatırladaq ki, keçmiş müdafiə naziri nasaz təyyarə raketlərinin alınması üzrə cinayət işinə cəlb edilib. O, 2021-ci ilin sentyabrından 2024-cü ilin avqustuna qədər həbsdə olub.