BAKI, 17 aprel. TELEQRAF
“Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası əslində Serj Sərkisyanın “Respublikaçı” Partiyasıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Serj Sərkisyan və digərlərinin onlara açıq şəkildə dəstək verməsi mənzərəni tamamlayır”, - o bildirib.
Paşinyan vurğulayıb ki, bu qüvvələr açıq şəkildə vətəndaşlara meydan oxuyurlar. Baş nazirin fikrincə, “Güclü Ermənistan” Partiyası, Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası və Robert Köçəryanın “Ermənistan” blokunun seçki siyahıları eyni qutuda olan kartlara bənzəyir, “poker” məntiqi ilə bölünüb: “Elə kombinasiyaları var ki, təsəvvür etmək belə çətindir. İyunun 7-da keçiriləcək parlament seçkiləri Köçəryan-Sərkisyan koalisiyasının son şansıdır”.