BAKI, 15 aprel. TELEQRAF
“Ermənistan xalqının iyunun 7-də keçiriləcək parlament seçkilərində “üçbaşlı müharibə partiyası”na səs verməsi üçün heç bir səbəbi yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.
“Amma bu qüvvələrə səs verməmək üçün bir çox səbəb var, hər biri digərindən daha etibarlıdır. Bu qüvvələrdən hansısa birinə səs vermək özünə qarşı səs vermək deməkdir”, - o bildirib.
Xatırladaq ki, Nikol Paşinyan “üçbaşlı müharibə partiyası” dedikdə, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” və digər oliqarx Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyalarını nəzərdə tutur.