BAKI, 26 fevral. TELEQRAF

Böyük Britaniyanın Tbilisidəki səfiri Qaret Uord Gürcüstan Xarici İşlər Nazirliyini tərk edib.

Teleqraf xəbər verir ki, səfir nazirlikdən çıxdıqdan sonra mediaya şərh verməyib.

Böyük Britaniya səfiri izahat üçün Xarici İşlər Nazirliyinə çağırılmışdı. Məsələ Britaniya hökumətinin “İmedi” və “Post” televiziya kanallarına sanksiya tətbiq etməsi ilə bağlıdır.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, səfirdən televiziyalara sanksiyaların səbəbi barədə izahat tələb olunub. O qeyd edib ki, sanksiyaların möhkəm hüquqi əsası olmalı və qarşı tərəf bunu izah etməlidir.

Xatırladaq ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi sanksiyaların sözügedən Gürcüstan telekanallarının Rusiya-Ukrayna müharibəsi ilə bağlı qəsdən yanlış, Moskvanın xeyrinə məlumat yaydıqlarına görə tətbiq olunduğunu açıqlamışdı.