BAKI, 24 fevral. TELEQRAF
Ermənistana gələn Fələstinin ilk səfiri İsa Kasisi Prezident Vaaqn Xaçaturyan tərəfindən qəbul edilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Vaaqn Xaçaturyan İsa Kasisinin etimadnaməsini qəbul edib.
Səfir Ermənistan və Fələstin arasında bütün sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsi üçün bütün səylərini əsirgəməyəcəyinə söz verib.
Görüşdə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi və stimullaşdırılması imkanları müzakirə edilib, siyasi dialoqun intensivləşdirilməsi və müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi vurğulanıb.
Tərəflər həmçinin regiondakı vəziyyəti müzakirə edərək, sülh, sabitlik və mehriban qonşuluğun vacibliyini bildiriblər.
Xatırladaq ki, Ermənistan Fələstin Dövlətini rəsmi olaraq 2024-cü ildə tanıyıb. Diplomatik münasibətlər də həmin ildə qurulub.