BAKI, 13 fevral. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında sülh sazişi iyunun 7-dək imzalana bilər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Ukrayna və Özbəkistandakı keçmiş səfəri Con Herbst Ermənistan mediasına deyib.
“Otuz ildən çoxdur Cənubi Qafqazın iqtisadiyyatı və siyasəti üzərində araşdırmalar aparıram. Deyə bilərəm ki, Nikol Paşinyan bu müddət ərzində Azərbaycanla sülhün təmin olunması ilə bu qədər maraqlanan Ermənistanın ikinci rəhbəridir. Düşünürəm ki, Bakı və Ankara bunu başa düşür və buna görə də onu dəstəkləyir”, - o bildirib.
Herbst əlavə edib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də eyni səbəbdən Nikol Paşinyana İrəvanda açıq dəstək göstərib.
Amerikalı diplomatın fikrincə, sülh sazişi iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl imzalana bilər: “Belə bir şey olsa, bu, seçkilərdə Paşinyanın mövqeləri daha da gücləndirəcək”.