BAKI, 6 fevral. TELEQRAF
Devid Allen ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili təyin olunub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinnin səlahiyyət müddəti yanvarda bitib.