BAKI, 6 fevral. TELEQRAF
“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri tarixi və simvolik hadisədir”.
Teleqraf xəbər verir ki, bunu erməni siyasi ekspert Samvel Meliksetyan deyib.
“İndiyədək ABŞ-dən Ermənistan və Azərbaycana bu səviyyədə səfər olmayıb”, - o bildirib.
Meliksetyanın fikrincə, bu, ABŞ ilə əməkdaşlıq baxımından çox mühüm məqamlardan biridir.
“Rusiya Ermənistan-Azərbaycan münaqişəsini həll edə bilmədi, onun qatarı artıq gedib”, - erməni ekspert əlavə edib.
Samvel Meliksetyan Rusiyanın iyunda keçiriləcək parlament seçkilərindən əvvəl hansısa formada Ermənistanın daxili siyasi proseslərinə təsir göstərməyə cəhd edə biləcəyini istisna etmir: “Amma Rusiya bu təsir rıçaqlarını da itirib”.