“Ermənistanın balanslaşdırılmış siyasəti Ukrayna ssenarisinin təkrarlanmasına gətirib çıxara bilməz”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Kremlin təbliğatçısı Vladimir Solovyovun açıqlamasını şərh edərkən deyib.

Baş nazirin sözlərinə görə, TRIPP layihəsi balanslaşdırılmış siyasətin təzahürüdür, bu, Ermənistanın müstəqilliyi və suverenliyini əhəmiyyətli dərəcədə artırır, ölkənin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Vladimir Solovyov bundan əvvəl söyləmişdi ki, Ermənistanın itirilməsi Rusiyanın maraqlarına ziddir. Onun sözlərinə görə, “xüsusi hərbi əməliyyat” təkcə Ukraynada yox, Rusiyanın təsir dairəsində olan digər ərazilərdə də həyata keçirilməlidir, xüsusən də Ermənistanda.