BAKI, 15 yanvar. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sühə qayğı ilə yanaşmaq lazımdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir Ermənistanın bir dövlət və cəmiyyət olaraq tarixən uzunmüddətli sülh şəraitində yaşamadığını və bu prosesin onlar yeni mədəniyyət və düşüncə tələb etdiyini vurğulayıb.
“Münaqişə məntiqi hələ də dil düşüncəmiz və ifadələrimizdə çox güclüdür, sülh şüurumuza çox yavaş-yavaş daxil olur. Son 35 ilin təcrübəsini nəzərə alsaq, bu normaldır, amma vacib olan odur ki, artıq sülhün sosial-psixologiyasının formalaşmasına töhfə verməli olan reallıqlar mövcuddur”, - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, sülh prosesi həm Ermənistan, həm də Azərbaycanda sürətli olmayacaq, çünki cəmiyyətlərdə hələ də uzun illər davam edən münaqişə ilə bağlı formalaşmış diskurslar mövcuddur.
Nikol Paşinyan nümunə olaraq, Azərbaycandan Ermənistana yanacağın idxalı ətrafında gedən müzakirələri göstərib:
“Həm Ermənistan, həm də Azərbaycan üçün mövcud olan bu diskurs artıq indiki reallıqlarla uyğun gəlmir. İnsanları ittiham etmək də düzgün deyil, çünki təxminən 35 və daha çox il ərzində davam edən məntiqi bir hərəkətlə, bir vasitə ilə dayandırmaq mümkün deyil. Buna görə daha praktiki yanaşmaya hazır olmalı, işə fokuslanmalıyıq. Çünki sülhün praktiki faydaları müxtəlif tezis, şübhə və ya çağırışlar ətrafında sonsuz mübahisələrdən daha effektiv ola bilər”.