BAKI, 16 dekabr. TELEQRAF
Ermənistan və Gürcüstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq proqramı çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri 15-16 dekabr tarixlərində Ermənistan Müdafiə Nazirliyində olublar.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
İkitərəfli əməkdaşlıq və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər, eləcə də ictimaiyyətlə əlaqələr və maarifləndirmə sahələrində təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Tərəflər Ermənistan və Gürcüstan Müdafiə nazirlikləri arasında strateji kommunikasiya sahəsində əməkdaşlığın, peşəkar əlaqələrin dərinləşdirilməsi və birgə proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.