BAKI, 16 dekabr. TELEQRAF
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki Naira Gevorqyanın dekabrın 7-8-də (Azərbaycan tərəfindən) Mehri hərbi hissəsinə sızma cəhdinin qeydə alındığı və bunun Silahlı Qüvvələr tərəfindən dəf edildiyi barədə iddiasını təkzib edib.
Teleqraf xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bunun doğru olmadığını bildirib.
“Silahlı Qüvvələrdə, yumşaq desək, şərəfsiz xidməti ilə “fərqlənmiş” bir şəxsin açıqlaması təkcə dezinformasiya deyil, həm də Ermənistan Respublikası, onun dövlət institutları və ordusuna qarşı yönəlmiş informasiya hücumunun növbəti uğursuz və iflasa uğramış cəhdidir.
Aidiyyəti qurumlar bu açıqlamanı araşdıracaq və ona hüquqi qiymət verilməsi imkanını nəzərdən keçirəcək”, - Torosyan bildirib.