“Ermənistan Baş naziri Nikol Paşinyan təkcə katolikos II Qaregini vəzifəsindən uzaqlaşdırmaq yox, həm də bütün kilsəni hökumətin nəzarəti altına almağı planlaşdırıb”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Baş nazir əvvəlcə katolikosu subaylıq andını pozmaqda günahlandırdı, ardınca casus adlandırdı, indi də onu kilsədə qanunsuz vəziyyət yaratmaqda ittiham edir. İttihamların bu cür dəyişməsi prinsiplərin dəyişməsini əks etdirmir, əksinə, əvvəlcədən müəyyən edilmiş vahid bir məqsədə xidmət edən siyasi davranışı göstərir: kilsəni hökumətin nəzarəti altına almaq”, - o vurğulayıb.
Surenyants qeyd edib ki, Ermənistan daxilində ciddi böhran hökm sürür və bu, milli birliyə təsir göstərə bilər:
“Kilsə-cəmiyyət münaqişəsi son dərəcə təhlükəlidir, potensial olaraq hüquq və kimlik böhranına səbəb ola bilər”.