BAKI, 8 noyabr. TELEQRAF
8 Noyabr Zəfər Gününün beşinci ildönümü münasibəti ilə Bakıda keçirilən Qələbə paradında ilk dəfə olaraq ən müasir qoşun növü olan İnsansız Sistem Qoşunları nümayiş etdirilib.
Teleqraf xəbər verir ki, parad heyətinə “Vətənə xidmətə görə” ordenli polkovnik Adəm Hüseynov başçılıq edib.

Həmçinin, hərbi paradda ilk dəfə olaraq Müdafiə Nazirliyinin Hərbi Polisinin hərbi qulluqçularından ibarət parad heyəti qatılıb. Hərbi Polisin parad heyətini “Vətənə xidmətə görə” ordenli general-mayor Elgün Əliyev başçılıq edib.
