BAKI, 8 noyabr. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanın Zəfər Günü ilə bağlı sosial mediada paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda Türkiyə və Azərbaycanın əbədiyyən bir millət – iki dövlət olaraq bərabər qalacağı qeyd olunub.
“Beş il əvvəl Qarabağda böyük zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın 8 Noyabr Zəfər Gününü qeyd edir, qardaşlarımızı ürəkdən salamlayırıq. Türkiyə və Azərbaycan əbədiyyən bir millət – iki dövlət olaraq bir və bərabər qalacaq”, - paylaşımda bildirilib.
