BAKI, 8 noyabr. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Zəfər Günü ilə bağlı sosial mediada paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda Vətən Müharibəsi qəhrəmanları da yad edilib.
“Azərbaycan xalqının əzmkarlıq və qəhrəmanlıqla qazandığı zəfərin beşinci ildönümünü qeyd edir və vətən torpağı uğrunda canlarını qurban vermiş bütün qəhrəmanları hörmət və rəhmətlə anırıq”, - Türkiyə XİN bildirib.
