TBİLİSİ, 22 iyul. TELEQRAF
“Gürcüstan-Azərbaycan münasibətləri artıq uzun müddətdir ikitərəfli münasibətlər çərçivəsindən çıxıb. Münasibətlər çox böyük regional və qlobal əhəmiyyət daşıyır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan XİN başçısının Gürcüstana səfəri iki ölkə arasında intensiv siyasi dialoqun ən yaxşı davamıdır.
M.Boçorişvili bildirib ki, Gürcüstanla Azərbaycan arasında iqtisadi ələqlərin daha da gücləndirilməsi üçün böyük potensial var və bu istiqamətdə fəal iş aparılır.
XİN rəhbəri azərbaycanlı həmkarı ilə görüşdə regional əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu vurğulayıb.