TBİLİSİ, 28 may. TELEQRAF
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin əsas rəmzlərindən olan televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, aksiya Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunub.
Teleqüllə və Kür çayı üzərindəki şüşəli piyada körpüsü axşam saatlarından yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.
