BAKI, 3 sentyabr. TELEQRAF

Belarus hakimiyyəti səkkiz illik Ermənistan istehsalı olan "Yerevan 2800" konyakının satışını qadağan edib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Dövlət Standartları reyestrinin məlumatlarında yer alıb.

Belə ki, bu konyak təhlükəli məhsul hesab edilib.

Ermənistanın "MAP" şirkəti tərəfindən istehsal olunan "Yerevan 2800" konyakının qadağan edilməsi barədə əmr 26 avqustda verilib. Konyak 3 sentyabrda reyestrə daxil edilib. Dövlət Standartında "Yerevan 2800" markasının etiketdə göstərilən parametrlərə görə Gömrük İttifaqının texniki reqlamentlərinin tələblərinə cavab vermədiyi bildirilib.

Bundan əlavə, Belarus tənzimləyici agentliyi sınaq zamanı məhsuldakı taninlərin konsentrasiyasının standartdan aşağı olduğunu aşkar edib. Standart ən azı 0,3 q/dm3 olsa da, göstərici təxminən 0,14 q/dm3 olub. Dövlət Standartı konyakın reklam olunan məhsulun görünüşü və müəyyən xüsusiyyətlərinə uyğun olduğu qənaətinə gəlib.

"Lakin, onu iddia edilən məhsul kimi müəyyən etmək mümkün deyil", - deyə onlar qeyd ediblər.