BAKI, 3 sentyabr. TELEQRAF

Britaniya ordusuna pula qənaət etmək üçün planlaşdırılan bütün təlimləri ləğv etmək əmri verilib.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Məlumata görə, 30 milyon funt sterlinqə (40,6 milyon dollar) qənaət etmək üçün 90-dan çox hərbçinin iştirakı ilə planlaşdırılan bütün təlimlər dayandırılıb.

Genişmiqyaslı ordu təlimləri, o cümlədən Uelsdə Challenger 2 tankları və Apache hücum helikopterlərinin iştirak etdiyi altı həftəlik döyüş atışlı təlim ləğv edilib. Bu təlimlərlə bağlı ehtiyatda olan əsgərlərin təlimi də son anda ləğv edilib. Nəşr qeyd edir ki, yalnız yerləşdirilmək üçün planlaşdırılan, hazırlıq rejimində olan və ya sürətli cavab vəzifələrini yerinə yetirən bölmələr tam təlimlərə davam edəcək.

“The Times” qəzeti hazırkı vəziyyəti 1973-cü illə müqayisə edib. Həmin il neft böhranı səbəbindən silahlı qüvvələrə yanacaq xərclərini 10% azaltmaq əmri verilmişdi.