BAKI, 3 sentyabr. TELEQRAF

“Etnik abxazlar Gürcüstanın Abxaziya bölgəsinin işğalının iştirakçılarıdır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Fakt üzərində özünüz düşünün. Abxaziya ərazisində etnik abxazların sayı maksimum 50 min nəfərdir. Onlardan 45 mini əsasən gürcülərdən, həmçinin yunanlardan, estonlardan və yəhudilərdən alınmış evlərdə məskunlaşıb. Onlar cinayətin (işğalın) iştirakçılarıdır. Siz isə gözləyirsiniz ki, evimizi əlimizdən alan qulduru sevək?

Quldurlar əvvəlcə bu evlərdən çıxarılmalıdır. Əgər onlar öz əvvəlki evlərinə, əsasən Qudautaya qayıtsalar və Gürcüstan dövlətini tanısalar, əlbəttə, heç bir problemlə üzləşməyəcəklər”, - keçmiş dövlət başçısı sosial mediada yazıb.