BAKI, 4 sentyabr. TELEQRAF

Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya ABŞ hakimiyyətini ölkəyə neftin pulsuz tədarük edilməsi ilə bağlı yalan məlumat yaymaqda ittiham edib.

Teleqraf xəbər verir ki, Bruno Rodriqes Parrilya bu barədə “X” hesabında bildirib.

Nazirin sözlərinə görə, ABŞ administrasiyası, xüsusilə dövlət katibi Marko Rubio Kubanın nefti pulsuz əldə etdiyini sistemli şəkildə iddia edib.

“Bu, qətiyyən həqiqətə uyğun deyil, yalandır”, - Kuba XİN rəhbəri vurğulayıb.

Rodriqes Parrilya bildirib ki, Kuba yanacağı beynəlxalq ticarətin standart şərtləri əsasında əldə edib. Onun sözlərinə görə, bəzi hallarda yanacaq tibbi xidmətlərin ixracı müqabilində, digər hallarda isə dünya bazarı ilə müqayisədə daha əlverişsiz şərtlərlə satın alınıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Venesuela neftinin Kubaya təmənnasız verildiyini iddia etmişdi.