BAKI, 4 sentyabr. TELEQRAF

İsrailin müdafiə naziri İsrael Kats İranın ölkəsinə mümkün hücumu halında Tehrana sərt cavab veriləcəyini və enerji infrastrukturu da daxil olmaqla müxtəlif obyektlərin vurulacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Kats Müdafiə Nazirliyinin əməkdaşları ilə görüşündə İranın üzləşdiyi güclü iqtisadi təzyiqin və hakimiyyətin devrilməsi ilə bağlı narahatlığın Tehranı “çıxılmaz addımlar” atmağa sövq edə biləcəyini iddia edib.

“İranın İsrailə hücumu bizi bütün məhdudiyyətlərdən azad edər. Enerji infrastrukturu da daxil olmaqla bütün infrastruktura zərbə endirərik”, – İsrailin müdafiə naziri deyib.

Kats mümkün İran hücumuna cavabın son dərəcə sərt olacağını vurğulayıb.