BAKI, 3 sentyabr. TELEQRAF

ABŞ-nin vitse-prezidenti J.D. Vens bildirib ki, ABŞ İranda toy mərasiminə edilən hücumla bağlı məlumatları hərtərəfli araşdırır.

Teleqraf xəbər verir ki, o, Ağ Evdə keçirilən brifinqində deyib.

"Biz bunu çox diqqətlə araşdırırıq. Lakin ABŞ Baş Qərargah rəisinin müavini İran tərəfinin bu məsələ ilə bağlı məlumatlarının tamamilə dəqiq olduğuna şübhə ilə yanaşıb. Ona görə də mən buna son dərəcə şübhə ilə yanaşıram", - Vens deyib.

O qeyd edib ki, ABŞ bunu araşdırırıq: "Tam əminliklə deyə bilərəm ki, ABŞ heç vaxt döyüşdə mülki şəxsləri hədəf almır. Biz bunu heç vaxt etməzdik. Biz heç vaxt bunu etməmişik", - deyə vitse-prezident bildirib.

Qeyd edək ki, sentyabrın 2- də "Fars" xəbər agentliyi Qızıl Aypara nümayəndəsinə istinadən bildirib ki, ABŞ-nin İranın Sirik şəhərindəki toy məkanına endirdiyi zərbə nəticəsində beş nəfər həlak olub, o cümlədən ən azı 68 nəfər yaralanıb. Xəbərlərə görə, ölənlər arasında çoxlu uşaq var və yaralılar Sirik və Minabdakı xəstəxanalara aparılıb.