BAKI, 1 sentyabr. TELEQRAF
“TRIPP (“Tramp marşrutu”) layihənin praktiki icrası ilə bağlı işlər yaxın aylarda yerində başlayacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı deyib.
“Bu, təkcə Şərqdən Qərbə, yəni Xəzər dənizindən Aralıq dənizinə yox, həm də Cənubdan Şimala - Fars körfəzini Qara dənizlə birləşdirən yeni nəqliyyat imkanları yaradacaq. Layihənin həyata keçirilməsindən regionun bütün ölkələri faydalanacaq”, - o bildirib.