BAKI, 4 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini dekabrda ABŞ-da keçiriləcək G20 sammitinə dəvət edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib.

Teleqraf xəbər verir ki, Tramp bunu “GB News” telekanalına müsahibəsində bildirib.

“Mən hələ bu barədə düşünməmişəm”, - ABŞ Prezidenti müvafiq suala cavabında deyib.

Bundan əvvəl “The Washington Post” Dövlət Departamentindəki mənbələrə istinadən Trampın Putini G20 sammitinə dəvət etmək niyyətində olduğunu yazmışdı. Tramp daha sonra jurnalistlərə açıqlamasında Rusiya liderinin sammitdə iştirakının “çox faydalı” olacağını bildirmişdi.

G20 liderlərinin sammitinin dekabrın 14-15-də Mayami yaxınlığındakı Doralda keçirilməsi planlaşdırılır.