BAKI, 3 sentyabr. TELEQRAF
Ermənistan Baş nazir Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə Rusiya Prezidenti Vladimir Putinlə son görüş barədə danışarkən deyib.
“Əvvəla, yaxın gələcəkdə Moskvaya səfərim barədə razılığa gəldik, müzakirə aparacağıq. Həmçinin müəyyən işçi razılaşmalar əldə etdik”, - Baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri konsepsiyasının inventarlaşdırılması ideyası yaranıb: “Yəni hansı xətlər var və hansı xətlərdə ikimizin eyni mövqeyi var, hansı xətlərdə isə fərqli mövqelərimiz var”.