BAKI, 3 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp inanır ki, ABŞ tezliklə İran üzərində qələbə qazanacaq.
Teleqraf xəbər verir ki, o, bu fikirləri "GB News" televiziya kanalına verdiyi müsahibədə bildirib.
"Biz qalib gələcəyik, bu, tezliklə olacaq, çünki biz artıq qalib gəlmişik, çünki onların nüvə silahı ola bilməz", - deyə o, deyib.
O əlavə edib ki, ABŞ-nin İrana zərbə endirmək qərarı olmasaydı, Tehran iki, bəlkə də dörd həftəyə nüvə silahı əldə edə bilərdi, lakin indi bu müddət 25 ilə qədər uzadılıb.
Eyni zamanda, Amerika lideri ABŞ-nin İrana qarşı uğurlu əməliyyatlar apardığına və "Hörmüz boğazına nəzarət etdiyinə əminlik verib.