BAKI, 1 sentyabr. TELEQRAF
“Abxaziya üzərində nəzarətin bərpası yolunun 50 min abxazla barışmaqdan keçdiyini düşünən şəxsin beyni yoxdur. Abxazlar bizə (gürcülərə) nifrət edir və bunun heç bir çarəsi yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
“Abxaziya böyük geosiyasi məsələdir və onun həlli Rusiya imperiyasının zəifləməsindən və dağılmasından keçir. Bu məsələ Ukraynanın uğurlarından, Qərbin gücündən, əlbəttə, Gürcüstanın özünün güclü olmasından asılıdır. Ona görə də falçılıqla məşğul olmağı dayandırın, geniş mənzərəni görün”, - o bildirib.