BAKI, 3 sentyabr. TELEQRAF

“Rusiya Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasını çıxarmaq istəsə, etiraz etməyəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“İndiyədək Rusiya hərbi bazası məsələsini heç vaxt qaldırmamışıq. Və Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində olmasını həyati zərurət hesab etmirik. Əgər Rusiya hərbi bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik, amma onlar qalmaq istəsələr, bunu da müzakirə etməyə hazırıq. Amma biz bu müddət ərzində bu məsələləri heç vaxt qaldırmamışıq”, - o bildirib.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də bəyan edib ki, İrəvan Ermənistandakı Rusiya hərbi bazasına ehtiyac olmadığını hesab edərsə, Moskva onu çıxarmağa hazırdır: “Əgər Ermənistan hesab edirsə ki, Rusiya hərbi bazası ölkədə lazım deyil, biz lap sabah gedərik”.