BAKI, 3 sentyabr. TELEQRAF

“Rusiya hərbi bazasının Ermənistandan çıxarılacağını istisna etmirəm”.

Teleqraf xəbər verir ki, bunu parlamentdəki “Ermənistan” fraksiyasının deputat İşxan Saqatelyan deyib.

“Nikol Paşinyan Rusiya hərbi bazasının çıxarılması və yerində Türkiyə hərbi bazasının yerləşdirilməsi üçün hər şeyi edəcək”, - Saqatelyan bildirib.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də bəyan edib ki, İrəvan Ermənistandakı Rusiya hərbi bazasına ehtiyac olmadığını hesab edərsə, Moskva onu çıxarmağa hazırdır: “Əgər Ermənistan hesab edirsə ki, Rusiya hərbi bazası ölkədə lazım deyil, biz lap sabah gedərik”.

Ermənistan Baş naziri Nikol Paşinyan Vladimir Putinə cavabında bildirib ki, Moskva Gümrü şəhərindəki 102-ci hərbi bazasını çıxarmaq istəsə, İrəvan etiraz etməyəcək.