BAKI, 3 sentyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin bitməsini istədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə "GB News"a verdiyi müsahibədə bildirib.
"Mən sadəcə müharibənin bitməsini istəyirəm. Bu qədər sadədir. Onun bitməsini istəyirəm, səkkiz fərqli müharibəyə son qoymuşam", - deyə o, qeyd edib.
Amerika lideri əlavə edib ki, əgər 2020-ci il prezident seçkilərində qalib gəlsəydi, bu münaqişə baş verməzdi.